Layihə adı:
Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması (AESOP)
Haqqında: Boloniya sisteminin Azərbaycanda tətbiq olunması prossesi yeni dövrdə tələbələrin də təhsildəki qərarlarda iştirak etməsi ilə birlikdə daha da inkişaf etmişdir. Artıq tələbələr öz akademik karyeralarını formalaşdırmaq öhddəliyi ilə bağı təşəbbüs göstərirlər, ancaq bu yolda qarşılarına çıxan problemləri həll etmək üçün əllərində kifayət qədər vəsait yoxdur. Təəssüflər olsun ki, Azərbaycan universitetlərində administrativ məsələlərdə (xüsusilə, akademik apelyasiyalarda, nizam-intizam apelyasiyalarında, şikayətlərdə, təcili maddi ehtiyac vaxtlarında və ya səhiyyə ilə bağlı məsələlərdə) tələbə təmsili üçün əsaslı və ya demokratik sistem inkişaf etdirilməmişdir. Universitetlər bu məsələlərə göz gəzdirdikdə çox vaxt kifayət qədər diqqətlə yanaşmırlar.
Bu layihə Avropa universitetlərinin tələbə təmsili üzrə olan təcrübə və praktikalarından yararlanaraq neytral ombudsman posiziyası yaradaraq tələbələr və universitet idarə etməsi arasındakı problemləri ədalətli, əsaslı və daha effektiv şəkildə həll etməyə başlayacaq. Eləcə də bu layihə bütün universitetlərdə Tələbə Təmsili Ofisi yaradaraq və orada tam ştatlı, təlimdən keçmiş ombudsman təyin edərək bu xidməti sürətləndirəcək.
Bu layihə Azərbaycandakı əməkdaş universitetlərin də Boloniya prossesinin sadəcə sözdə deyil, həqiqətən inkişaf etməsi üçün çalışacaq və bunun nəticəsində tələbələr öz təhsilləri ilə bağlı verilən qərarlarda, bu demokratik prossesdə aktiv şəkildə iştirak edəcəklər.
Məqsəd: Azərbaycan universitetlərində Tələbə Təmsili ofislərinin inkişafı və tələbələrin akademik hüquqlarını qorumaqdakı əngəllərini aradan qaldırmaq.
Nəticə:
1. Tələbə təmsili haqda yazılı materiallar (təlim nümunəsi, internet saytı) yaradıldı
2. Daxili universitet prosedurlarına uyğun olaraq hər bir universitetdə Tələbə Təmsili ofisi yaradıldı
3. Hər bir universitetin ombudsmanına təlimlər verildi
4. Hər bir universitetin önəmli işçiləri tələbə təmsili haqda təlimlərdə iştirak etdi
Fəaliyyət:
1. Bütün əməkdaşlarla layihənin ilk görüşünün keçirilməsi
2. Azərbaycandakı əməkdaş universitetlərində rəhbərliyin idarə etməsi ilə bağlı sorğu keçirilməsi
3. Avropa İttifaqından olan əməkdaşların təcrübələrinə əsasən tələbə təmsili üçün ən yaxşı praktikaların və ombudsman ofislərinin tapılması
4. Azərbaycan universitetləri üçün təlim materiallarının hazırlanması və onlayn dərc edilməsi
5. Tələbə haqları və məsuliyyətlərinə dair qaydaların və məsuliyyətlərin listinin hazırlanması
6. Administrativ və akademik işçilərə dair qaydaların və məsuliyyətlərin listinin hazırlanması
7. Azərbaycan universitetlərində Tələbə Təlimi ofislərinin yaradılması
8. Tələbə təmsili haqqında pilot təlim proqramının idarə edilməsi
9. Bütün universitetlərin yararlanması üçün layihənin internet saytında bütün nəticələrin yerləşdirilməsi
10. Tələbə və akademik işçilər üçün tələbə təmsili haqda pilot təlim proqramlarının həyata keçirilməsi
11. Keyfiyyətin təminatı
12. Layihənin davamlılğınından əmin olmaq
13. Son görüşün həyata keçirilməsi