2019-cu ilin iyul ayının 15-16-da Gürcüstanın Akaki Tseretelli Dövlət Universitetinin koordinatoru olduğu “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsi çərçivəsində Gürcüstanın Kutaisi şəhərində yekun görüş keçirilmişdir.

Lahiyənin yekun görüşündə Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa, İtaliya, Finlandiya, Avstriya və İngiltərədən 16 əməkdaş universitetin təmsilçiləri görüşmüşlər.

İki gün davam edən tədbirdə ümumilikdə layihə üzrə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunmuşdur. Əlavə olaraq, Avropa İttifaqı üzvü olmayan ölkələrdən gələn universitetlərin Ombudsman ofisi ilə bağlı həyata keçirdikləri fəaliyyətlə bağlı prezentasiyalar da baş tutmuşdur.